Göygöldə 4 qız dərmandan zəhərləndi

goygolde-4-qiz-dermandan-zeherlendi
Oxunma sayı: 1776

Göygöldə zəhərlənmə olub.

“Qafqazinfo”nun məlumatına görə, rayon mərkəzində yaşayan 2010-ci il təvəllüdlü A.Məmmədova, həmyaşıdı M.Hacıyeva, Ş. Rüstəmova və K.Hacıyeva zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdiriliblər.

Qızlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilib.

Məlumata görə, qızlar saçlarında olan biti öldürmək məqsədi ilə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən “Niastol” adlı kimyəvi maddəni saçlarına vurublar. Bundan sonra onlar zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli