Göygöldə nadir hadisə, su buz bağladı - Fotolar

goygolde-nadir-hadise-su-buz-bagladi
Oxunma sayı: 5324

“Havaların soyuq keçməsi nəticəsində Göygölün suyu donaraq buz bağlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: “Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçilərin sayı da artıb”.