Məşhur amerikalı müğənni Keti Perri aktyor Orlando Blumla ayrıldıqdan sonra keçirdiyi çətin günlərdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı sənətçi “People” jurnalına müsahibəsində şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Perri bildirib ki, Blumla yollarını ayırdıqları dövr yeni konsert filmi çərçivəsində keçirilən “Lifetimes” turnesinə təsadüf edib. Müğənni ayrılıq xəbəri mətbuata sızan zaman Avstraliyada qatıldığı konsertlər zamanı səhnədə göz yaşlarını saxlaya bilmədiyini etiraf edib:
“Ehtimal ki, bu, həyatımın ən ağır və çətin dövrü idi”.
Xatırladaq ki, cütlüyün nümayəndələri 2025-ci il iyulun 3-də rəsmi boşanma xəbərini təsdiqləmişdilər. 9 il birgə yaşayan və 2019-cu ildə nişanlanan məşhurlar ortaq övladları Deyzini sevgi, sabitlik və qarşılıqlı hörmət mühitində böyütməyi əsas prioritet seçdiklərini bildirmişdilər.
Qeyd edək ki, Keti Perri həmin turne zamanı Kanadanın sabiq Baş naziri Castin Tryudo ilə tanış olub və az sonra onların münasibətləri bəlli olub. Bir qədər əvvəl isə müğənni yeni sevgilisi ilə Sardiniyada əl-ələ görüntülənmişdi.
Son xəbərlər
Son Xəbərlər