“Gülhanə” generalları tanınmış oftalmoloq Anar Rəhimov haqda danışdı - Video

gulhane-generallari-taninmis-oftalmoloq-anar-rehimov-haqda-danisdi
Oxunma sayı: 8717

Uzman oftalmoloq, vitreoretinal cərrah Anar Rəhimov haqqında televiziya filmi çəkilib.

"Qafqazinfo"nun məlumatına görə, filmdə A.Rəhimovun Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) aldığı təhsil, həkim fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Həmçinin onun hərbi həkim kimi Aprel döyüşlərində və Vətən müharibəsində yaralılara göstərdiyi yüksək xidmətdən də bəhs olunub.

Filmdə Türkiyə Vitreoretinal Cərrahiyyə Dərnəyinin sabiq rəhbəri (2012-2014-cü illər), professor Dr. Güngör Sobacı, ehtiyatda olan tibb xidməti general-mayoru (tuğgeneral) professor Dr.İbrahim Altınsoy, Türk Respublikaları Oftalmoloqlar Dərnəyinin sabiq rəhbəri (2001-2020-ci illər) Op. Dr. Sunay Duman və ehtiyatda olan tibb xidməti general-mayoru (tuğgeneral), professor Dr. Dilavər Erşanlının müsahibələri də yer alıb.