Güllələnən qardaşların adları məlum oldu- - Bakıda+Yenilənib

gullelenen-qardaslarin-adlari-melum-oldu-
Oxunma sayı: 8548


“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların ölüb-ölmədiyi məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakıda baş verən atışmanın bəzi detalları məlum olub.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.

Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.  

***

Bakıda güllələnən qardaşların adları məlum olub.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.

Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.