Günlərdən Festival... - Fotolar

gunlerden-festival
Oxunma sayı: 1479

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib. 

“Qafqazinfo” xəbər verir ki, Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub. 

Qeyd edək ki, bu cür festivallar eyni zamanda, yaradıcı gənclərin öz bacarıq və ideyalarını nümayiş etdirməsi, milli sənət ənənələrini yeni baxışlarla təqdim etməsi üçün mühüm platforma rolunu oynayır.