Gürcüstanda azərbaycanlı məhkumlara bayrama görə bağlamalar veriləcək

gurcustanda-azerbaycanli-mehkumlara-bayrama-gore-baglamalar-verilecek
Oxunma sayı: 1460

Gürcüstanda azərbaycanlı məhkumlara Novruz bayramı münasibətilə əlavə bağlamalar veriləcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Bağlamaların qəbulu 20 və 21 mart tarixlərində saat 09:00-dan 18:00-dək həyata keçiriləcək.

Xüsusi Penitensiar Xidmət bağlamaların maneəsiz qəbuluna təminat verir.