Gürcüstanın hakim partiyası BBC-ni məhkəməyə verir

gurcustanin-hakim-partiyasi-bbc-ni-mehkemeye-verir
Oxunma sayı: 528

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Britaniyanın BBC telekanalına qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiya yayıb. 

Bildirilib ki, bu səhər BBC Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə etirazlar zamanı aksiya iştirakçılarına qarşı “kimyəvi maddə”dən istifadə etməsi barədə iddialar yayıb: “Aydındır ki, “dərin dövlətin”in təbliğat silahına çevrilmiş medianın ciddi ittihamı sübut edəcək heç bir faktı yoxdur”.

Partiya vurğulayıb ki, yanlış məlumat yayan KİV-in yalan ittihamlara görə məsuliyyət daşımalarını təmin etmək üçün bütün mümkün hüquqi vasitələrdən istifadə olunacaq.