Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi

haaqa-mehkemesi-putinin-hebsi-ucun-order-verdi
Oxunma sayı: 5454

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün də beynəlxalq order verilib.

Bildirilib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.