“Haaqa Məhkəməsinin qərarı Rusiya üçün əhəmiyyət daşımır”

haaqa-mehkemesinin-qerari-rusiya-ucun-ehemiyyet-dasimir
Oxunma sayı: 2518

“Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Vladimir Putinin həbsinə order verməsi qərarı Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova qərarın Rusiya üçün hüquqi cəhətdən əhəmiyyət kəsb etmədiyini qeyd edib:

"Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının hüquqi nöqteyi-nəzərdən ölkəmiz üçün heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə də öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” isə bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”.