Hacı Nuran Afaq Gəncəli üçün dua etməyi xahiş etdi

haci-nuran-afaq-genceli-ucun-dua-etmeyi-xahis-etdi
Oxunma sayı: 9162

Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həmkarı Hacı Nuran Hüseynov instaqram səhifəsində bildirib.

“Ürəyində böyük bir dərdi var onun, amma bunu içində çəkib həmişə. Dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub Afaq. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib”, - deyə Hüseynov yazıb.

O, hamıdan A. Gəncəli üçün dua etməyi xahiş edib.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı “Səhər Mərkəzi” verilişində səhhətində problem yarandığını etiraf edib və bu səbəbdən televiziya fəaliyyətinə fasilə verib.