Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli ucaldılıb. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşada Üzeyir Hacıbəyovun heykəlinin açılışında iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb.
Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Qeyd edək ki, Hacıbəyov heykəli Şuşa şəhərinin işğalı zamanı, 1992-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılmışdı.
Elvin Elxan