Haiti hökuməti prezident Jovenel Moizin qətlindən sonra ölkədəki əsas infrastrukturu qorumaq üçün ABŞ-dan hərbi yardım istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” Haitinin səsvermə işləri və partiyalararası əlaqələr üzrə naziri Matias Pyerə istinadən məlumat yayıb. Pentaqon sözçüsü məlumatı şərh etməkdən boyun qaçırıb.
Qeyd edək ki, Haiti prezidenti J. Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Sui-qəsdlə bağlı 28 şübhəli saxlanılıb. Onlardan 26-sı Kolumbiya, 2-si ABŞ vətəndaşıdır.
Son xəbərlər
Son Xəbərlər