Hakan Fidan Əraqçi ilə danışdı

hakan-fidan-eraqci-ile-danisdi
Oxunma sayı: 366

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, nazirlər İranda davam edən genişmiqyaslı etiraz aksiyaları və regional təhlükəsizlik məsələləri barədə danışıblar.

Xatırladaq ki, Hakan Fidan yanvarın 9-da “TRT Haber”ə verdiyi müsahibədə də İrandakı vəziyyətə toxunaraq, rəsmi Tehranın nümayişçilərlə “ortaq məxrəcə gəlməsinin” və region ölkələri ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd etmişdi.