“Hardasa yox oluram...” – - Aqşin Yenisey

hardasa-yox-oluram-
Oxunma sayı: 7059



Xəbər verdiyimiz kimi, Azərbaycanın istedadlı şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, Aqşin yaxınlarının köməyilə Semaşko xəstəxanasına yerləşdirilib. Səhhətinin ağırlığı ciyərlərindəki problemlərlə bağlıdır. Hələlik vəziyyəti haqda konkret məlumat verilmir.

Aqşinin ilk həyat yoldaşı və qızının anası yazar Aysel Əlizadə isə facebook hesabında şairin durumu haqqında status yazaraq dəstək istəyib:  “Mediadan dəstək istəyirəm. Səhhətində sorunu olan Aqshin Yeniseyin müalicəsi üçün Semaşkoya gedirik. Bir dəfə getdik, götürmədilər. Ancaq həkimler deyir ki, müalicəsi orda olmalıdı. Əgər yenə götürməsələr, Səhiyyə Nazirliyinin bu istiqamətdə yardımı lazım olacaq” .

Məlumata görə, A. Əlizadənin səy və təkidlərindən sonra Aqşin Yenisey "Semaşko"ya götürülüb. 

Bu məqamda onun “Vidalaşma” rubrikası altında öz dilindən dediyi bir neçə şeirini “Kitab evi”nin oxucularına təqdim edirik: