“Haval” yanıb külə döndü - Video - Yenilənib

haval-yanib-kule-dondu
Oxunma sayı: 7335

Ələt-Astara yolunda avtomobil yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Haval” markalı minik maşını alışaraq külə dönüb.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) “Haval” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ziya Əmirxanlı