“Hazırda Baxmutda 4 minə yaxın sivil var”

hazirda-baxmutda-4-mine-yaxin-sivil-var
Oxunma sayı: 2291

Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk hazırda Baxmutda 4000-ə yaxın mülki şəxsin olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Vereşçuk televiziya proqramında verdiyi açıqlamada müharibədən əvvəl Baxmutda 70 mindən çox insanın yaşadığını, onların 12 mininin uşaq olduğunu bildirib.

“Məlumata görə, hazırda orada təxminən 38 uşaq var”, - Vereşçuk əlavə edib.

O, insanların evakuasiyası üçün hakimiyyət orqanlarının şəhərə daxil olmasının çətinləşdiyini qeyd edib