“Hazırda İsraillə HƏMAS arasında danışıqlar mümkün deyil”

hazirda-israille-hemas-arasinda-danisiqlar-mumkun-deyil
Oxunma sayı: 1661

“Hazırda İsraillə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) nümayəndələri arasında danışıqlar mümkün deyil”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi deyib.

Diplomat bildirib ki, hazırda İsrail üçün əsas vəzifə girovların, xüsusən də qadınların, uşaqların və qocaların azad edilməsidir. Onun sözlərinə görə, girov götürülənlərdən bəziləri yaralıdır.