“Hazırsan, qardaşım?” - Video

hazirsan-qardasim
Oxunma sayı: 1045

Misli Premyer Liqasının 22-ci turu liderlərin mübarizəsi ilə yadda qalacaq.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edəcək.

Ağdam klubu birinci pillədə yer alan Masazır təmsilçisini məğlub edib xal fərqini azaltmağa çalışacaq. “Sabah” isə qələbə ilə çempionluğa bir addım da yaxınlaşacaq.

PFL matçdan öncə bu görüşlə bağlı hazırladığı videoda mövsümün matçını “Grand Theft Auto” (GTA) görüntüləri ilə təqdim edib.

Qeyd edək ki, “Qarabağ” – “Sabah” qarşılaşması martın 1-i saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.