“Hə, daha bəsdir, ağlama!” – SON

he-daha-besdir-aglama-son
Oxunma sayı: 1309


Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı Soyqırımı” kitabı nəşr edilib. “Qafqazinfo” mövzunun aktuallığını, hadisələrə yanaşma tərzinin fərqliliyini nəzərə alaraq kitabın növbəti hissəsini oxuculara təqdim edir:


MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

1. Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyəsinin güllə yarasından həlak olub.
2. Quliyev Əkbər Zəkara oğlu. Milli ordu əsgəridir. - Bədənin güllə yarasından həlak olub.
3. Səfərova Rəfiqə İman qızı. - Bədənin ağır zirehli maşınla əzilməsi.
4. Şadmanova Nazilə Şamil qızı. - Döş qəfəsinin güllə yaralarından həlak olmuşdur.
5. Abdulov Elmar Baba oğlu. - Bədənin arxa səthinin güllə yaraları, ayağın donması.
6. Nəbiyeva Maral. 8 yaşında. - Döş qəfəsinin və sağ bazunun güllə yarası.
7. Həsənov Əli Mürsəl oğlu. 36 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
8. Məmmədova Güllü. - Boyunun ön səthinin güllə yarası, sifətin əzilmiş yarası, döş qəfəsinin küt zədələnməsi.
9. Əzimov Həsənbala Şahmurad oğlu. 57 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
10. Hüseynov Mürşüd Səməd oğlu. 58 yaşında. Fəhlə. - Döş qəfəsinin güllə yarasından.

Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi Xocalı qırğını baş verdi. Yüzlərlə, minlərlə günah-sız insanın qanı axıdıldı o gün.

Xocalı soyqırımı zamanı tamamilə məhv olmuş ailələr

1 Məmmədov Vaqif Şükür oğlu ata 1940
2 Məmmədova Afilə Ibrahim qızı ana 1949
3 Məmmədov Azər Vaqif oğlu oğul 1972
4 Məmmədov Ceyhun Vaqif oğlu oğul 1975
5 Məmmədov Niyaməddin Vaqif oğlu oğul 1978

1 Kərimov Samran Soltan oğlu ata 1924
2 Kərimova Firəngül ana 1935
3 Kərimov Firuz Samran oğlu oğul 1960
4 Kərimov Soltan Samran oğlu oğul 1969

1 Əliyev Firdovsi İsa oğlu ata 1956
2 Əliyeva Heyran Mürşüd qızı ana 1962
3 Əliyev Elçin Firdovsi oğlu ooğul 1982
4 Əliyev Elgiz Firdovsi oğlu oğul 1984

1 Qənbərov Qarsalan Gəray oğlu ata 1939
2 Qənbərova Validə Boran qızı ana 1941
3 Qənbərov Nadir Qarsalan oğlu oğul 1971

1 Qənbərov Səfər Qarsalan oğlu ata 1961
2 Qənbərova Mətanət Hacı qızı ana 1967
3 Qənbərov Emin Səfər oğlu oğul 1986
4 Qənbərova Esmira Səfər qızı qız 1985

1 Hüseynov Mirsiyab Həzrətqulu oğlu ər 1922
2 Hüseynova Minəş Cümşüd qızı arvad 1934

1 Həsənova Günəş Əbdül qızı ana 1910
2 Həsənova Qətibə Mirsiyab qızı qız 1951

1 Hüseynov Hüseyn İsmayıl oğlu ata 1934
2 Hüseynova Əziz Alış qızı ana 1956
3 Hüseynov Xoşbəxt Hüseyn oğlu oğul 1963
4 Hüseynov Tacir Hüseyn oğlu oğul 1972
5 Hüseynova Nəsibə Hüseyn qızı qız 1982

«Kitabın bu hissəsində Xocalı soyqırımında qətlə yetirilənlərin tam siyahısı təqdim olunub (Qafqazinfo)


QƏBRİNİZ NURLA DOLSUN, XOCALILAR!

Qəbriniz nurla dolsun, xocalılar! Bu dünyanın bir xoş gününü görmədən dünyadan köçdünüz. Yeriniz behiştlik olsun! Allah sizin qalan övladlarınızı öz kölgəsi altına alıb kafirlərin, şeytanların qəddarlığından qorusun! Sizin faciənizə, ağrılarınıza həsr etdiyim bu kitabı müqəddəs "Quranla" başladım. O böyük Allahın bu çətin işdə köməyinə sığındım. Bu ağır işdə məni darda qoymadığına görə o uca tanrıya mərhəmət və şəfa diləyirəm! Və onun hökmü, gücü ilə yazdığım bu kitabı müqəddəs "Quran"ın sonuncu ayəsi ilə də bitirirəm:

"Bismillahir rəhmanir rəhim!

1. [Ya peyğəmbər!] De ki: Pənah aparıram insanların Rəbbinə;
2. İnsanların ixtiyar sahibinə;
3. İnsanların tanrısına;
4. Vəsvəsə verən [Allahın adı çəkiləndə isə qorxusundan] qaçıb gizlənən şeytanın şərindən;
5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır;
6. O şeytan ki, cinlərdən də olur, insanlardan da!"

AYRILAQ, XOCALILAR!


Neçə gündür ki, qaranlıq otaqda bədbəxt in-san taleləri ilə üz-üzə dayanmışam. Neçə müddətdir ki, Xocalı faciəsinin qara ağrısında əzablar çəkirəm. Ətrafım, hər yanım təklik, tən-halıq havasına bürünüb. İnsanların qəm dəftərini açıb vərəqlədikcə içərimə ağır dərd selləri axıb dolur. Göz yaşlarımın acılığından qəlbim parçalanır. Neçə müddətdir qaranlıq otağımda sizin bədbəxt taleləri köçürürəm ağ kağıza. Amma daha dözə bilmirəm. Bu işgəncəli ağrılardan ayrılıb işıqlı havaya çıxmaq istəyirəm. İstəyirəm ki, azacıq da olsa günəşin isti şəfəqlərini udum. Bəlkə günəş şəfəqləri dərdimə məlhəm olsun.
Qapını açıb astaca çölə çıxıram. Elə pilləkəndəcə səni görürəm. Soyuq daşın üstündə oturub ağlayırsan. Ağlama balaca, ağlama! Sən o qanlı faciədə sağ qalan yeganə Xocalı uşaqlarındansan. Sən təsadüfən sağ qalmısan. Səni öldürülən atanın, ananın, istəkli qardaşının, bacının ruhu, bir də ucalardan uca bildiyimiz Tanrı qoruyub saxlayıb! Bilirsənmi niyə? Çünki sən yaşamalı, nəslini, kökünü yer üzündən silinib getməyə qoymamalısan. Sən o evin çırağını yenidən gedib yandırmalısan. Yurdun ocağını söndürməməlisən. Hansı çətinliklər içində qalsan da, içəridən sınmamalı, böyüməli, böyüməlisən! Böyüməlisən, balaca! Sən qisasını erməni deyilən o murdar varlıqdan almalı, onu yer üzündən silib atmalısan! Doğmalarının qanını yerdə qoymamalı, qisasını almalısan! Bu sənin borcundur, müqəddəs borcun, balaca! Sən o qanlı faciənin şahidi kimi gördüklərini yer üzünün bütün xeyirxah insan-larına danışmalı, onları erməni vəhşiliyinə inandırmalısan! Sən yaşamalısan, balaca, yaşamalısan!

Sən böyüyəndə igid həmyerlilərinin - Əlifin, Tofiqin, onlarca başqalarının igidliyi haqqında eşidəcək, içərini qürur, iftixar hissi ilə dolduracaqsan! Biləcəksən ki, onlar sənin yolunda, müqəddəs ana torpağın uğrunda canlarını qurban verdilər. Onların adını əbədiləşdirməli, sevgili Vətənimizin, doğma Xocalının hər yerində ucadan söylə-məlisən. Sən hələ çox işlər görməlisən, balaca!

Hə, daha bəsdir, ağlama! Göz yaşlarını sil, gəl birlikdə çıxaq o günəşli havaya. Günəşin parlaq şəfəqləri altında dayanaq. Mənim də halım pisdir, balaca, çox pisdir. İnan ki, neçə müddətdir tənha və qaranlıqda oturub yazdığım bu ağrılardan ürəyim tamam üzülüb. Sıxılıram, balaca, sıxı-lıram sənin kimi. Amma ağrıların əlində əsir olmamalıyıq. Başımıza açılan bu faciəyə dözməliyik. Gəl, indi günəşli havaya çıxaq, balaca! O günəş adi günəşlərdən deyil! O günəş azadlıq və istiqlal günəşidir! Neçə illərdir ki, o günəşin nurlu üzünü qara buludlar örtub, görünməz edib. Neçə illərdir ki, o qara buludları günəşin üzündən qovuruq. Bu qanlı savaşda minlərlə adamımız şəhid olub. Canını Vətən yolunda tapşırıb. Elə əslində sənin atan da, anan da, bütün həlak olan həmyerlilərin - xocalılar da o istiqlal günəşinin parlamağı yolunda həlak oldular. Onları Vətəni-miz, xalqımız heç zaman unutmayacaq! Vətən dediyimiz o sevgili torpaq onların məzarından başlayır.

Gəl, indi yurdumuzun başı üzərində parlayan günəşə doğru gedək! Və içərimizi ağrılar doğraya-doğraya ucadan, lap ucadan bu sözləri deyək:

- Parla ey istiqlal günəşi! Parla! Parla ki, sənin yolunda şəhid düşənlərin ruhu şad olsun!
5 - 20 iyul, 1992.

Müəllif kitabın yenidən nəşri zamanı müəyyən faktların əldə edilməsindəki köməyə və texniki işə verilən dəstəyə görə Xocalı rayon İcra Hakimiyyətinin nümayəndələrinə - Məhəmməd Şükürova, Sovet Allahverdiyevə, Xəlil Vəliyevə, Xocavənd İcra nümayəndəsi Bəhruz Məmmdova, Milli Elmlər Akademiyası Tarix İnstitututnun Qarabağ Tarixi Şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyevə, dəyərli ziyalı Kənan Aslanlıya, yığıcılar Nəzakət Muradova və Xuraman Bağırovaya təşəkkürünü bildirir.

SON