UFC çempionu Həbib Nurməhəmmədovun ailəsinə itki üz verib.
“Qafqazinfo”nun məlumatına görə, rusiyalı döyüşçünün babası dünyasını dəyişib. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz İnstaqramda xəbər verib.
Xatırladaq ki, H.Nurməhəmmədov irlandiyalı Konor Makqreqor üzərində qələbə qazandığı turnirdən sonra babasının yanına gedərək çempion kəmərini ona vermişdi.
Son xəbərlər
Son Xəbərlər