Həbsdə çəkdiyi deyilən görüntüləri üzə çıxdı - Video

hebsde-cekdiyi-deyilen-goruntuleri-uze-cixdi
Oxunma sayı: 4311

Milyarder Ceffri Epşteynin saxlanıldığı dövrdə özünü videoya çəkdiyi iddia olunur.

“Qafqazinfo”nun məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi (DOJ) sözügedən görüntülərlə bağlı hələlik heç bir açıqlama verməyib.

Nazirlik görüntülərin nə vaxt lentə alındığını, hansı məqsədlə çəkildiyini və niyə məhz indi ictimaiyyətə təqdim edildiyini izah etməyib.

Sözügedən videoda Epşteynin “Divardakı şəkilləri asmaq üçün yapışqanlı lenti borc almaq məcburiyyətində qaldım” dediyi eşidilir. Bu ifadənin nəyi nəzərdə tutduğu və hansı şəraitdə səsləndirildiyi isə məlum deyil.

Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.