“Heç bir yaşayış məntəqəsinə zərbə vurulmayıb”

hec-bir-yasayis-menteqesine-zerbe-vurulmayib
Oxunma sayı: 1695

“Antiterror tədbirləri zamanı heç bir yaşayış məntəqəsinə zərbə vurulmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ordumuz yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəfləri məhv edib.

C. Bayramov qeyd edib ki, lokal antiterror əməliyyatından bir gün sonra düşmən tərəf Azərbaycanın tələblərini qəbul etməyə məcbur olub.

“Azərbaycan orudsu antiterror tədbirlərini yüksək peşəkarlıqla yanaşı, yüksək məsuliyyətlə, yalnız hərbi hədəfləri nişan almaqla, mülki əhalini qorumaqla, yaşayış məntəqələrinə daxil olmamaqla apardı. Qurama rejim təslim oldu və Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar edildi. Prezident İlham Əliyev qeyd etdiyi kimi Azərbaycan 3 il öncə öz ərazi bütövlüyü bərpa etmişdisə, artıq 20 sentyabr tarixində ölkəmiz tam suverenliyini təmin etdi”, - nazir vurğulayıb.

Sail Ağasəlim