“Heç həkimlər də baş açmırlar” - Qənirə Paşayevanın əmisi-Yenilənib

hec-hekimler-de-bas-acmirlar
Oxunma sayı: 18961

Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva gözlənilmədən komaya düşüb. O, Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.

“Qafqazinfo” xəbər verir ki, deputatın əmisi, professor Qəzənfər Paşayev “Manset.az”a millət vəkilin vəziyyəti ilə bağlı açıqlama verib:

“Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!”, - deyə Q.Paşayev bildirib.

***

Həmçinin, deputat Vüqar İskəndərov da Qənirə Paşayevanın səhhəti ilə bağlı açıqlama verib.

O, sosial şəbəkə hesabında “Həkimlərin dediyinə görə təzyiqində normallaşma prosesi var. 48 saatlıq etapı keçsə daha da yaxşı olacaq. Amma belə vəziyyəti ağır olaraq qalır”, - deyə bildirib.

***

Millət vəkilinin səhhətindən narahat olan insanlar Mərkəzi Klinikanın Təcili Yardım Şöbəsinin önünə toplaşıblar.

Onların arasında Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva, yaxınları və həmkarları da var.