HƏMAS ABŞ-nin atəşkəs təklifi ilə razılaşdı

hemas-abs-nin-ateskes-teklifi-ile-razilasdi
Oxunma sayı: 1000

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəs və girovların azad edilməsi təklifini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” yayıb. 

Mənbənin sözlərinə görə, HƏMAS-ın vasitəçilərin köməkliyi ilə aldığı yeni təklif 10 girovun azad edilməsini və 70 günlük atəşkəsi nəzərdə tutur.

Bildirilib ki, atəşkəs dövründə ABŞ-nin zəmanətləri ilə hərbi əməliyyatların tamamilə başa çatdırılması barədə danışıqlar davam etdiriləcək.