HƏMAS-dan İsrailə növbəti ultimatum

hemas-dan-israile-novbeti-ultimatum
Oxunma sayı: 3432

Gecə yarısına yaxın HƏMAS-ın döyüş qanadının mətbuat katibi Əbu-Obayda “Əl-Qəssam briqadası komandanlığı adından İsrail hökumətinə növbəti ultimatum irəli sürüb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

O, Əl-Aksa məscidinin mühasirədən çıxarılmasını tələb edib:

“Əgər bu tələb yerinə yetirilməsə, HƏMAS-ın cavabı yaxın iki saat ərzində olacaq”.

Bu, təşkilatın son sutka ərzində İsrailə irəli sürdüyü ikinci ultimatumdur. Mayın 10-da günorta təşkilat polis və ordunu Şeyx Cərrah və Məbəd dağı ərazisindən çıxarmağı tələb edib. Müddət başa çatdıqda Qüds raket atəşinə tutulub, Qərbi Negevin yaşayış məntəqələrinə doğru raketlər buraxılıb.