Həmin görüntülər Lənkəranda yox, Kosovoda çəkilib - Video

hemin-goruntuler-lenkeranda-yox-kosovoda-cekilib
Oxunma sayı: 799

Sosial şəbəkələrdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi iddia olunan görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, videoda tibb bacısının yaşlı qadına şiddət nümayiş etdirdiyi görünür. 

Kiçik araşdırmamızdan sonra hadisənin 2 noyabr 2022-ci ildə Kosovonun Peja şəhərindəki “Orenda” yaşlılar mərkəzində baş verdiyi aydınlaşıb.  

Belə ki, illər əvvəl lentə alınan görüntülərdə Qocalar evində çalışan tibb bacısının şəhid anası olduğu bildirilən yaşlı qadına ard-arda şillə vurduğu görünür.

Sözügedən görüntüləri təqdim edirik: