“Həmin kirayə məbləğləri artırılmalıdır”

hemin-kiraye-meblegleri-artirilmalidir
Oxunma sayı: 2556

“Hərbçilər bir yerdən başqa yerə gedir, onlara kirayə üçün verilən məbləğlər artırılmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov parlamentin plenar iclasında bildirib. 

“Xarici dillər üzrə müəllimlər də rayonlara gedib dərs keçir, onlara verilən kirayə pulu da artırılmalıdır. Bundan əlavə, torpaq islahatlarının ikinci mərhələsi başlamalıdır. Kənd təsərrüfatına aid olan torpaqlar öz kateqoriyasından kənara çıxıb. Bu da həll olunmalı məsələdir”, - deyə deputat qeyd edib.

Zaur Mirzə