Həmin sanksiyanı “mükafat” adlandırdı

hemin-sanksiyani-mukafat-adlandirdi
Oxunma sayı: 2295

Xəbər verdiyimiz kimi, ABŞ Gürcüstanın sabiq Baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu qərarı pisləyib.

“Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən “mükafatdır”, - Baş nazir deyib.

Gürcüstan hökumətinin başçısı onu da əlavə edib ki, İvanişvili uzun müddətdir ki, sanksiyalarla şantaj edilib.