“Həmin şərtlər yerinə yetirilməyənə qədər Hörmüz açılmayacaq”

hemin-sertler-yerine-yetirilmeyene-qeder-hormuz-acilmayacaq
Oxunma sayı: 437

İran Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Omanla əldə olunan razılaşmalara baxmayaraq, ABŞ Tehranın şərtlərini yerinə yetirməyənə qədər Hörmüz boğazı açılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi aydınlıq gətirib ki, İslam Respublikası boğazdan keçidlə bağlı Omanla qarşılıqlı anlaşmaya gəlsə də, bu razılaşmalar avtomatik olaraq icra mərhələsinə keçidi nəzərdə tutmur.

O əlavə edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirdikdən sonra Tehran da öz öhdəliklərini icra etməyə başlayacaq.