Həmin uşaqlardan üçünün vəziyyəti ağırdır

hemin-usaqlardan-ucunun-veziyyeti-agirdir
Oxunma sayı: 1297

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

Bu barədə “Qafqazinfo”ya Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən verilən birgə məlumatda bildirilib. 

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 uşağın (oğlan) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qız) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir”. 

Qeyd edək ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi - 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.