İlk oyununa çıxdı, məhəllədə coşqu ilə qarşılandı - Video

ilk-oyununa-cixdi-mehellede-cosqu-ile-qarsilandi
Oxunma sayı: 1146

İspaniyalı gənc futbolçu İbay Aqirre məhəlləsində coşqu ilə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun komandası “Real Sosyedad”ın heyətində ilk oyununu keçirməsidir. 

Belə ki, o, La Liqanın 30-cu turunda “Levante”yə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana daxil olub. İbay Aqirre 85-ci dəqiqədə əvəzetmədən oyuna girib. 

Matçdan sonra isə 19 yaşlı yarımmüdafiəçi məhəlləsinə qayıdıb və orada atəşfəşanlıqla qarşılanıb.