Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Zamiq Eminov idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən Orxan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillə toqquşub.
Nəticədə “Daewoo”da olan sərnişin Niyazov Səid müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, ötən gün saat 09:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər