Polisin keçirdiyi tədbirlərlə Göygöl, Daşkəsən və Goranboyda quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər