Zərdabda “Şəhərsalma və Memarlıq İli” ilə bağlı ağacəkmə aksiyası - Fotolar

zerdabda-sehersalma-ve-memarliq-ili-ile-bagli-agacekme-aksiyasi
Oxunma sayı: 1156

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Prezidentin Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 18 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq rayon ərazisində müxtəlif tədbirlər həyata keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, həmin tədbirlər çərçivəsində bu günədək Azərbaycanın şəhərsalma və memarlıq irsinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə təqdim edilməsi məqsədilə "Heydər Əliyev və Azərbaycan memarlığının inkişaf strategiyası" adlı tədbir keçirilib.

Bayraq Meydanında, Heydər Əliyev parkının qarşı hissəsində “Şəhərsalma və Memarlıq İli”nə dair təbliğat lövhəsi quraşdırılıb. 

Bu gün isə Zərdab-Mollakənd avtomobil yolunun kənarında ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Zərdab RİH başçısı Mərdan Camalzadə, Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Aksiya zamanı 250 ədəd şam, 50 ədəd tuya ağacı əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. “Tədbirlər planı”nda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər bundan sonra da davam etdiriləcək.