Heydər Əliyev Mərkəzində qala konsert keçiriləcək

heyder-eliyev-merkezinde-qala-konsert-kecirilecek
Oxunma sayı: 1990

Mayın 25-də Heydər Əliyev Mərkəzində qala konsert təqdim olunacaq. Klassik musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, yerli və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinara Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrogio Maestri (bariton) çıxış edəcək.

Biletləri Mərkəzin kassası, iTicket.az saytı və satış mənqətələrindən əldə etmək olar.