Hindistanda ölənlərin sayı 100-ü ötdü

hindistanda-olenlerin-sayi-100-u-otdu
Oxunma sayı: 1213

Hindistanın qərbində şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 100-ü ötüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər daha əvvəl 47 olaraq açıqlanan ölü sayının Maharaştra vilayətindəki torpaq sürüşmələri səbəbindən 100-ə yüksəldiyini və 30 nəfərin itkin düşdüyünü bildiriblər.

Vilayətdə şiddətli musson yağışları səbəbindən minlərlə insanın köməksiz qaldığı qeyd edilib.

Hindistan donanması çarəsiz insanların təxliyyəsi üçün səfərbər olunub.