Hindistanda torpaq sürüşməsi - 30-dan çox insan öldü

hindistanda-torpaq-surusmesi
Oxunma sayı: 882

Hindistanın qərbində Maxaraştra ştatında torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” “Times of India”ya istinadən xəbər verir ki, leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi zamanı ən azı 35 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə yerində vəziyyət çətin olaraq qalır. Həlak olanların sayının artacağı istisna olunmur.

Bununla yanaşı, leysan yağışları səbəbindən bəzi dəmir yollarını su basıb. Sərnişinlər bəzi şəhərlərə qədər avtobusla daşınıb. Həmçinin, bir neçə dəmir yoluna ziyan dəyib. Hazırda təmir-bərpa işləri aparılır.