“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil etdi

hizbullah-israilin-4-herbi-menteqesine-hucum-teskil-etdi
Oxunma sayı: 1716

Livandakı “Hizbullah” hərəkatı İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah” yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin sərhəddəki Misqav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə uyğun silahlarla hücum təşkil edildiyi qeyd edilib.

Hücumda bütün nöqtələrin tam dəqiqliklə vurulduğu bildirilsə də, İsrailin itkiləri ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında gedən qarşıdurmalarda 74 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.