Hülyanın filtrsiz halı müzakirələr yaratdı - Foto

hulyanin-filtrsiz-hali-muzakireler-yaratdi
Oxunma sayı: 1564

Türkiyəli müğənni, aktrisa Hülya Avşarın vizual görüntüsü müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda rol aldığı ”Aynı yağmur altında” serialının səhnə arxasında jurnalistlərə açıqlama verən Avşarın üzü filtrsiz olaraq görüntülənib.

Ekranda göstərilən görüntülərdə istifadə edilən filtrlərlə çəkiliş meydançasından paylaşılan fotolar arasındakı fərq sosial mediada müzakirə yaradıb. Belə ki, bəzi izləyicilər səhnələrdə filtrlərin istifadəsini tənqid etsələr də, digər istifadəçilər bu cür vizual montajın seriallarda tez-tez üstünlük təşkil etdiyini iddia ediblər.

Qeyd edək ki, H.Avşar daha öncə də oxşar mövzu ilə gündəmə gəlmişdi. Belə ki, 2021-ci ildə çəkilən “Masumiyyet” serialında rol alan Avşarın üzündəki filtrlər müzakirələr yaratmışdı. 63 yaşlı aktrisanın üzünə o qədər çox filtr verilmişdi ki, cizgiləri tamamilə seçilməz hala gəlmişdi.