Hüseyn Məhəmmədoğlunun ilk solo konserti oldu - Video

huseyn-mehemmedoglunun-ilk-solo-konserti-oldu
Oxunma sayı: 3351

Peşəkar musiqiçi Hüseyn Məhəmmədoğlunun ilk solo konserti bir sıra maraqlı məqamlarla yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, klarnet ifaçısını dinləyən tamaşaçılar arasında II Qarabağ müharibəsi qaziləri çoxluq təşkil edib. 

Ən yaddaqalan məqam isə konsertin sonunda “Zəngəzur yallısı” ifa olunan zaman bütün qazilərin səhnəyə çıxması olub. Klarnetdə müşayiət edən Hüseyn Məhəmmədoğluna xanəndə Pərviz Qasımov da qoşulub. Onların ifası tamaşaçıları daha da coşdurub. 

Qeyd edək ki, “Zəngəzur yallısı”nın bəstəkarı Xalq artisti Brilliant Dadaşovanın atası Süleyman Dadaşovdur.