Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əviv və Aşkelona pilotsuz təyyarələrlə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Zərbələrin iki “Jaffa” pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyi qeyd edilib. Husilərin yaydığı məlumata görə, bütün hədəflər uğurla vurulub.