İcra başçısına ikinci doza peyvənd vuruldu - Fotolar

icra-bascisina-ikinci-doza-peyvend-vuruldu
Oxunma sayı: 2416

Hazırda Naftalan şəhərində vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi uğurla davam etdirilir. 

“Qafqazinfo”nun məlumatına görə, aprelin 22-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər Xəstəxanasında “COVID-19” əleyhinə ikinci dəfə peyvənd olunub və şəhər rəhbərinə vaksinasiya üzrə məlumat forması təqdim edilib.

Peyvəndlənmədən sonra gözləmə otağında gözləyən vətəndaşlarla söhbət edən icra başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin kökündə onların sağlamlığının dayandığını bildirərək vaksinasiya kampaniyasından heç kimin kənarda qalmamasının hər bir vətəndaşın, ailə üzvünün sağlamlığı üçün mühüm şərt olduğunu qeyd edərək, hamını bu prosesdə iştirak etməyə çağırıb.

Qeyd edək ki, Naftalan ölkə üzrə vaksinasiyada respublika tabeli şəhərlər arasında birinci yerdə, ümumilikdə Qazax rayonundan sonra isə ikinci yerdədir.