İdmançımız erməni üzərində böyük hesablı qələbə qazandı

idmancimiz-ermeni-uzerinde-boyuk-hesabli-qelebe-qazandi
Oxunma sayı: 2918

Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib - 7:0.

Beləliklə, güləşçilərimiz Avropa çempionatında aktivlərinə daha bir medal yazdırıblar.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb. Bu gün daha bir təmsilçimiz Cəbrayıl Həsənov final görüşündə qızıl uğrunda mübarizə aparacaq.