Dövlət başçısı əvvəlcə şəhərdə yeni salınmış park-bulvarda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.
Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.
Prezident İlham Əliyev parkda ağac əkib, parkın ərazisini elektromobillə gəzdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
***
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks dövlət başçısının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Prezident İlham Əliyev mənzillərə baxıb.
Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.
Son xəbərlər
Son Xəbərlər