İlin sonunadək azad olunan ərazilərə bu qədər ailə köçürüləcək

ilin-sonunadek-azad-olunan-erazilere-bu-qeder-aile-kocurulecek
Oxunma sayı: 1122

“Bu ilin sonunadək azad olunan ərazilərə 5171 ailənin köçürülməsi planlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

Əli Əsədov qeyd edib ki, bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır: “Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır”.

Zaur Mirzə