İlk dəfə Rusiya çempionu oldular

ilk-defe-rusiya-cempionu-oldular
Oxunma sayı: 5026

“Krasnodar” 2024/2025 mövsümündə Rusiya çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, klub buna Rusiya Premyer Liqasının 30-cu turunda Moskva “Dinamo”sunu məğlub edərək (3:0) nail olub.

“Krasnodar”ın bu çempionluğu klubun tarixində ilk olub.

Qeyd edək ki, klub çempionatı 67 xalla başa vurub. İkinci yeri 66 xalla “Zenit” tutub.