Türkiyəli müğənni Anıl Emre Daldal karyerasını bitirdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Musiqi fəaliyyətimə son vermək qərarı aldım. Əvvəlcədən planlaşdırılmış mahnılarımı ərsəyə gətirəcək, tədbirlərimi həyata keçirəcəyəm. Son konsertimi mayın 31-i Bakıda verəcəyəm.
Bu sektorun içindəki pisniyyətli insanlarla baş edəcək qədər pis qəlbim yoxdur. Bu məni çox yordu. Adımı ləkələməyə çalışdılar, aldadıldım, dələduzluğa məruz qaldım və daha bir çox şey. Bir nəfərdən başqa heç kimə kinim yoxdur. Həyatda çox xoşbəxtəm. Möhtəşəm insanlara sahibəm. Lüks, şöhrət və ad-san arxasınca qaçmıram. Əsərlər yaradıb nələrisə anlatmağa çalışdım. Hər kəs üçün səy göstərməyə çalışıram. Amma bu pisliklər qəlbimi qırmaqdan başqa bir şey etmir.
Ümid edirəm dünyanı daha gözəl bir yerə çevirərik. Sənətə sahib çıxarıq”, - deyə müğənni yazıb.
Qeyd edək ki, Anıl Emre xaricdə ilk konsertini Bakıda vermişdi. Onun son konserti də paytaxtımızda olacaq.
Xatırladaq ki, Daldal “M.”, “AF.”, “B.”, “S.” və başqa bu kimi məşhur mahnıların müəllifidir.





Son xəbərlər
Son Xəbərlər