İmamoğlu namizəd olmayacağını açıqladı

imamoglu-namized-olmayacagini-aciqladi
Oxunma sayı: 3893

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olaraq adının hallanmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, İmamoğlu bu barədə “Halk TV”də qatıldığı proqramda danışıb.

İmamoğlunun sözlərinə görə, onun prezident seçkilərində namizəd olması məsələsi gündəmdə deyil: “Hər CHP-linin (Cümhuriyyət Xalq Partiyası) namizədi partiya sədridir. Mənim də namizədim partiya sədri Kamal Kılıçdaroğludur”.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.