İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılan məclisin qarşısı alınıb.
Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Son xəbərlər
Son Xəbərlər